Türkiyəli məşhur müğənni və aparıcı Alişanın anası kiberhücumun qurbanı olub. Medianews.az xəbər verir ki, naməlum şəxslər onun sosial media hesabını ələ keçiriblər. Hadisə ilə bağlı Alişan şəxsi “Instagram” hesabında açıqlama yayaraq izləyicilərini diqqətli olmağa çağırıb.
“Anamın İnstaqram hesabını sındırdılar, hesab hazırda bizdə deyil. Ən tez sabah hesabı geri alacağıq, amma o vaxta qədər həmin hesabdan hər hansı bir mesaj və ya paylaşım alsanız, lütfən, fikir verməyin”,– deyə sənətçi bildirib. Alişan həmçinin bu hadisəni törədən şəxslərin tezliklə tapılacağını da vurğulayıb: “Nəinki hesabı geri qaytaracağıq, həm də bu çirkinliyi kim edibsə, o da üzə çıxacaq!”
Medianews.az
