Medianews.az xatırladır ki, bu razılaşma 2025-ci ilin mart ayının 15-də əldə olunmuşdu.
2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı səmasında raketlə vurulandan sonra Bakı ilə Moskva arasında gərginlik səngimək bilmirdi və belə bir dövrdə Kremldə qeyri-rəsmi görüş keçirən Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdilər.
O vaxt Azərbaycan Prezidentinin mətbuat xidməti bununla bağlı açıqlama yaymışdı.
Həmin açıqlamada bildirilirdi ki, telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar: “Vladimir Putin dövlətimizin başçısını İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar”.
Medianews.az
08.05.2025, 09:11
194 baxış
Azad
Azərbaycan Prezidentinin imtina etdiyi səfər nə vaxt və necə razılaşdırılmışdı?
Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına getməkdən imtina etdi. Azərbaycan mətbuatında yer alan xəbərlərdə bunun səbəbləri belə sıralanır: Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından beş ay ötsə də, Rusiyanın əməliyyat-istintaq tədbirləri aparmaqdan boyun qaçırması, günahkarları məsuliyyətə cəlb etməməsi; Moskvaya bağlı haker qruplarının Azərbaycanın kütləvi informasiya vasitələrinə hücumlar həyata keçirməsi; deputat Azər Badamovun Rusiya ərazisinə girişinə icazə verilməməsi...
Bəs Azərbaycan Prezidentinin Moskvadakı 9 may paradına getməsi nə vaxt və necə razılaşdırılmışdı?

Paylaş: