Medianews.az
“Azərsun Holdinq”in yeni rəhbəri o oldu
124 baxış

“Azərsun Holdinq”in yeni rəhbəri o oldu

"Azərsun Holdinq"in Müşahidə Şurasının yeni sədri müəyyənləşib. Bu vəzifəyə Ahmad Gozal gətirilib. Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub. Elə həmin ildən etibarən "Azərsun Holdinq"in idarəetməsində yaxından iştirak edib. Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.(qafqazinfo)

Bizə qoşulun