Türkiyədə fəaliyyət göstərən xüsusi hazırlıq kursunda müəllimlik edən Fidan sosial şəbəkələrdə paylaşdığı videolar və geyim tərzi səbəbindən həmkarlarının tənqid hədəfinə çevrilib.
Medianews.az xəbər verir ki, dərs zamanı seçdiyi libaslar və sosial mediada yayımladığı görüntülər müəllimlik peşəsinin nüfuzuna zərər vurduğu iddiası ilə müzakirələrə səbəb olub.
Fidanın bəzi videoları tələbələri tərəfindən paylaşılaraq geniş yayılıb. X platformasında və müəllimlərə aid səhifələrdə onun davranışları kəskin tənqid edilir, "Bu qadına artıq müdaxilə olunmalıdır" çağırışları edilir.
Hazırda Fidanla bağlı rəsmi bir tədbir görülmədiyi bildirilir.
Sözügedən fotoları təqdim edirik:
Medianews.az