Medianews.az
Siyasətdən getdi - <span style=color:red>Sabiq baş nazirin DOSYESİ
123 baxış

Siyasətdən getdi - Sabiq baş nazirin DOSYESİ

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili aprelin 25-i paytaxt Tbilisidə brifinq keçirərək siyasi fəaliyyətinə son verdiyini bəyan edib. Medianews.az bildirir ki, 1982-ci il təvəllüdlü İrakli Qaribaşvili beynəlxalq münasibətlər üzrə təhsil alıb. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucularındandır. 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015 və 2021-2024-cü illərdə baş nazir, 2019-2021-ci illərdə müdafiə naziri postunu tutub. İrakli Qaribaşvili 2024-cü il fevralın 1-dən Gürcü Arzusunun sədri idi. Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. Medianews.az

Bizə qoşulun