Medianews.az
Ekspertdən “Kapital Bank”a qarşı sərt iddia: <span style=color:red>“Aldadıb, əlavə qazanc götürməyə çalışırlar”
281 baxış

Ekspertdən “Kapital Bank”a qarşı sərt iddia: “Aldadıb, əlavə qazanc götürməyə çalışırlar”

İqtisadçı ekspert Samir Əliyev ölkənin ikinci ən böyük bankı olan “Kapital Bank”ın insanları maliyyə savadsızlığından sui-istifadə edərək aldadıb, əlavə qazanc götürməyə çalışdığını iddia edir. Medianews.az-ın məlumatına görə, Samir Əliyev bu iddiasını “Facebook” sosial şəbəkəsində açıqlayıb. O, yazıb: “Deməli, təxminən 1 ilə yaxındır ki, “Kapital Bank”ın Birbank kredit kartından istifadə edirəm. ASAN xidmətdə təklif edildi və mən də hər ehtimala qarşı onu götürdüm. Vəziyyət elə gətirdi ki, hər ehtimala qarşı götürdüyüm kartı aktiv işlətməyə başladım. Sözüm onda deyil. Kartın üzərində CASHBACK yazıldığından tətbiqdə nə qədər vəsait yığıldığını axtarmağa başladım. Məlum oldu ki, heç nə yığılmayıb. Bankda əlaqə saxlayanda məlum oldu ki, kateqoriyanı seçməmişəm. Zəng vurduğum əməkdaşa izah etməyə çalışdım ki, bu kartı mənə verəndə nə cashback barədə məlumat verilib, nə də kateqoriyanın seçilməsinin vacibliyi barədə. Üstəgəl, bildirdim ki, kateqoriya seçimi funksiyası bəlkə də son 1 ildə tətbiq edilməyə başlanıb. Buna qədər seçim yox idi. Ona görə müştəriyə detallı məlumat verilməli idi. Amma faydası olmadı. Öz səhvlərini həmişəki kimi müştərini boyuna atmağı çıxış yolu kimi olaraq seçdilər. Təəssüf ki, bank sektorunda istehlakçıların hüquqları kütləvi şəkildə pozulur. İnsanların maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. İstehlakçılara natamam məlumat verməklə işlərini bitmiş hesab edirlər. Halbuki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin ikinci ən böyük bankı olan “Kapital Bank” bu yolla əlavə qazanc əldə etməyə çalışır”. Medianews.az

Bizə qoşulun