Medianews.az
Çindən Ukraynaya <span style=color:red>cavab gəldi
149 baxış

Çindən Ukraynaya cavab gəldi

Çin Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin Rusiyaya silah tədarükü ilə bağlı ittihamlarını "siyasi manipulyasiya" adlandırıb. Medianews.az xəbər verir ki, Çin hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin Pekinin Moskvanı silahlarla təmin etməsi ilə bağlı bəyanatını əsassız hesab etdiyini bildirib. Bununla bağlı Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Cian keçirdiyi mətbuat brifinqində açıqlama verib. "Çin münaqişə tərəflərindən heç birinə öldürücü silahlar göndərməyib və hər zaman da ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edib. Buna görə də Çin əsassız ittihamlara, siyasi manipulyasiyaya şəkildə qarşıdır" - deyə Lin Cian bildirib. Aprel ayının 17-də Zelenski Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara istinad etməklə, Çin Xalq Respublikası tərəfindən Rusiya ordusuna silah tədarük edildiyini bildirmişdi. Medianews.az

Bizə qoşulun