Xatırladaq ki, 2024-cü il iyul ayının 22-də Bakıdakı “MedEra” hospitalın qarşısında Ağadadaş Ağayevlə hospitalın gözətçisi Nurəddin Cəlilov arasında insident baş verib. İnsidentə görə həm Ağadadaş Ağayev, həm də Nurəddin Cəlilov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törədilməsi – zərərçəkmiş şəxsə zor tətbiq olunması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla) maddəsi ilə istintaq başlanıb. Eyni zamanda Ağadadaş Ağayevə qaldırılmış cinayət işində Nurəddin Cəlilov və “MedEra” hospitalın xadiməsi Nəzakət Paşayeva, Nurəddin Cəlilova qaldırılmış cinayət işində isə Ağadadaş Ağayev zərərçəkmiş kimi tanınıb.
Prosesin gedişində tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin “MedEra” hospitala, xəstəxananın isə Xalq artistinə qarşı qaldırdığı mülki iddiaya xitam verilib.
İşə Binəqədi Rayon Məhkəməsində baxılması matın 6-da yekunlaşıb.
Ağadadaş Ağayevə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin olunub.
Nurəddin Cəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin olunan cəza şərti sayılıb və 2 il sınaq müddəti təyin olunub.
Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmənin həmin cəzanın şərti tətbiqi haqqında qərar çıxarmaq hüququ var. Şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək sınaq müddəti müəyyən olunur. Bu zaman əlavə cəzaların təyin edilməsi də mümkündür.
Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə bu vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək.
Məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələrin də qoyulmasına yol verilir.
Sınaq müddəti ərzində məhkəmə məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Bu zaman şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsas götürülür.
Toğrul Əli,
Medianews.az
09.04.2025, 13:20
203 baxış
Azad
Ağadadaş Ağayevdən yeni xəbər - EKSKLÜZİV
Tanınmış müğənni, Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalın gözətçisi Nurəddin Cəlilov arasında baş vermiş insidentlə əlaqədar məhkəmə çəkişməsinə nöqtə qoyulub.
Medianews.az xəbər verir ki, həm Ağadadaş Ağayev, həm də qarşı tərəf Binəqədi Rayon Məhkəməsinin martın 6-da çıxardığı hökmdən apellyasiya şikayəti verməyib.
Hökmdən dərhal sonra Xalq artisti apellyasiya instansiyasına müraciət edəcəyini söyləsə də, sonradan fikrindən daşınıb. Qarşı tərəf də yuxarı instansiya məhkəməsinə şikayət etməyib, beləliklə, Binəqədi Rayon Məhkəməsinin hökmü qüvvəyə minib, tərəflərin məhkəmə davasına son qoyulub.
Xalq artisti Ağadadaş Ağayev Medianews.az-a açıqlamasında məsələyə nöqtə qoyulduğunu təsdiqləyib, bu mövzuya qayıtmağa daha ehtiyac qalmadığını vurğulayıb.

Paylaş: