Medianews.az
30 yaşlı rəqqasənin şübhəli ölümü - <span style=color:red>Cəsədi evində TAPILDI
152 baxış

30 yaşlı rəqqasənin şübhəli ölümü - Cəsədi evində TAPILDI

Türkiyənin Sakarya vilayətinin Serdivan qəsəbəsində yaşayan 30 yaşlı rəqqasə Talya Tütüncü evində müəmmalı şəkildə ölü tapılıb. Medianews.az xəbər verir ki, onun qəfil ölümü ətrafında bir sıra suallar yaranıb və hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Talya Tütüncü ilə əlaqə yarada bilməyən yaxın dostları ondan xəbər almağa çalışıblar. Cavab ala bilmədikdə isə onun Serdivandakı mənzilinə yollanıblar. Qapını açıb içəri daxil olan dostlar gənc qadını hərəkətsizvəziyyətdə tapıblar.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Gələn həkim briqadası tərəfindən aparılan ilkin müayinədən sonra Talya Tütüncünün artıq həyat əlamətləri göstərmədiyi müəyyən edilib. Onun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

 Talya Tütüncünün ölümündən əvvəlki gecə spirtli içki qəbul etdiyi və bu barədə sosial mediada paylaşım etdiyi üzə çıxıb. Bu detal istintaqın gedişində önəmli amillərdən biri kimi qiymətləndirilir. Hadisə ilə bağlı polis tərəfindən istintaq başladılıb. T.Tütüncünün ölümünün səbəbi, hər hansı bir müdaxilənin olub-olmadığı ekspertiza nəticələri və istintaqın gedişi ilə müəyyənləşəcək.

Medianews.az

135033431 Dhif

Talya Tütüncü Evinde Ölü Bulundu! Talya Tütüncü Kimdir (3)

Talya Tütüncü Evinde Ölü Bulundu! Talya Tütüncü Kimdir (1)-1

Talya Tütüncü Evinde Ölü Bulundu! Talya Tütüncü Kimdir (2)

Bizə qoşulun