Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev sorğuya belə cavab verib: “Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”.
Nailə Qasımova,
Medianews.az
04.04.2025, 11:41
469
baxış
Azad
Bakı-Tbilisi-Bakı sərnişin qatarı haqda rəsmi məlumatlar – özünü doğruldurmu?
Hələ yanvar-fevral aylarından Gürcüstan tərəfindən rəsmi şəkildə məlumatlar yayılmışdı ki, may ayından Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları işə düşəcək.
Medianews.az xatırladır ki, yanvarda Bakıda səfərdə olmuş Gürcüstanın Baş naziri İrakli Kobaxidze az sonra xaricdə jurnalistlərə açıqlama verərkən demişdi ki, Azərbaycanda olduğu vaxt Prezident İlham Əliyevlə Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası məsələsini də müzakirə edib. Onun bu mövzuda danışarkən Azərbaycanın Prezidentinə minnətdarlığını vurğulaması məsələnin ölkə rəhbərləri səviyyəsində həllini tapdığı təəssüratını yaratmışdı.
Fevral ayında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bildirmişdi ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Tbilisiyə səfəri, daha dəqiqi, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşü zamanı Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının bərpası məsələsi də müzakirə olunub. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan etmişdi ki, mayın 1-dən Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunacaq.
Mövzunu diqqətdə saxlayan Medianews.az saytı Azərbaycan Dəmir Yollarına bu suallarla müraciət edib: Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində hazırlıq işləri aparılırmı? May ayının 1-dən Azərbaycandan xaricə, konkret olaraq Gürcüstana sərnişin qatarlarının yola salınacağı gözlənilirmi?

Paylaş: