30.03.2025, 06:01
151 baxış
Lamiyə
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Azərbaycanda martın 30 və 31-i Ramazan bayramı qeyd olunur.
Medianews.az xəbər verir ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur.
Bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Paylaş: