10.03.2025, 09:05
225 baxış
Azad
İlon Mask Trampa görə milyardlar itirir?
İlon Maskın səhmləri birjada çöküb, qəfil dəyən zərər isə ona 116 milyard dollarlıq itki hesabına başa gəlib. Medianews.az bildirir ki, amerikalı milyarderin və Ağ Ev məmurunun sərvəti dekabr ayından "Tesla"nın səhmlərinin ucuzlaşması nəticəsində rekord dərəcədə aşağı düşüb və 116 milyard dollar azalıb.
"Forbes" jurnalının məlumatına görə, İlon Maskın sərvətinin 2024-cü ilin dekabrından başlayaraq birjada çökməsi, amerikalı milyarderin 116 milyard dollar itirməsi onun, həmçinin yaxın çevrəsinin tərəfindən öncə ictimailəşməsə də birja mənbələri bunu təsdiqləyib. Daha sonra Maskın özü də birjada milyardlarla dollar itirdiyini etiraf edib.
"Forbes" nəşrinin məqaləsində deyilir: "Maskın sərvəti dekabrın 17-də "Tesla" səhmlərinin nəzərdə tutduğu və hər bir səhm üçün ilkin 480 dollardan bağlandığı halda, planlaşdırılan 464 milyard dollar gəlir gözləntisindən aşağı düşüb. Beləliklə də, Mask birjada rekord məbləğdə kapitaldan, yəni 116,3 milyard dollar azalması ilə böyük gəlirdən məhrum olub".
Martın 4-də "Forbes" jurnalının öz oxucularına vəd etdiyi kimi, dərc olunan real vaxt hesablamalarına görə, "SpaceX" qurucususunun, həmçinin "Tesla CEO"nun sahibinin sərvəti daha 7,1 milyard dollar azalmaqla, artıq 347,7 milyard dollar olub.
Nəşr qeyd edir ki, "Tesla"nın səhmləri "S&P 500" indeksinin ABŞ-ın Kanada, Çin və Meksikaya tətbiq etdiyi yeni tariflərin qüvvəyə minməsi səbəbindən 2025-ci ildə ən aşağı səviyyəyə enməsi fonunda çox sürətlə dəyər itirib.
"Forbes" jurnalı amerikalı milyarderin belə qəfil zərbələr almasının, "kasıblamasının" daha bir əsas səbəbini onun son vaxtlar Tramp xəttinə uyğun siyasi baxışları ilə əlaqələndirib.
Medianews.az