07.03.2025, 10:30
103 baxış
Lamiyə
Google Rusiyada CƏRİMƏLƏNDİ
Moskvanın Taqanski Rayon Məhkəməsi Google-u spirtli içkilərə görə bir neçə milyon rubl cərimələyib.
Medianews.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalının mesajında deyilir.
Şirkət Rusiyada qadağan olunmuş məlumatlara girişin məhdudlaşdırılması prosedurunu tənzimləyən qanunu pozmaqda təqsirli bilindiyi bildirilir.
Beləliklə, Google spirtli içkilərin istifadəsi ilə bağlı məlumatları ehtiva edən paylaşımlara girişi məhdudlaşdırmayıb.
Məhkəmə korporasiyadan 3,5 milyon rubl ödəməyi tələb edib.
Medianews.az