28.02.2025, 10:59
185 baxış
Lamiyə
Bakıda 8° şaxta olacaq
Ölkə ərazisində şaxtalı hava şəraiti olacaq.
Medianews.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın minimal temperaturunun Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8, Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.
Paylaş: