Medianews.az
Türkiyədə FACİƏ: <span style=color:red> 3 qardaş dəm qazından zəhərlənərək ÖLDÜ  
149 baxış

Türkiyədə FACİƏ: 3 qardaş dəm qazından zəhərlənərək ÖLDÜ  

Türkiyədə 3 qardaş dəm qazından zəhərlənərək həyatını itirib. Medianews.az xəbər verir ki, faciə Qaziantep şəhərinin Oğuzeli rayonunda baş verib. Qardaşların 18, 17 və 16 yaşlarında olduğu müəyyən edilib. Valideynləri, Muhterem və Hüseyn Günəş oğullarını oyatmaq istəyiblər. Uşaqlar yuxudan ayılmayanda valideynlər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. Kömür yandırılan sobadan sızan dəm qazından zəhərləndikləri müəyyən edilən 3 qardaş təcili yardımla xəstəxanaya aparılıb. Müalicə altına alınan Arif, Yusuf və Mehmet Fatih Günəş qardaşlarını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Medianews.az

Bizə qoşulun