Medianews.az
Qadının gözündə 5 kontakt<span style=color:red> linza TAPILDI
167 baxış

Qadının gözündə 5 kontakt linza TAPILDI

Çində 33 yaşlı qadın plastik cərrahlara müraciət etdiyi zaman gözündə 5 köhnə kontakt linzaların olduğu aşkar edilib. Medianews.az xəbər verir ki, xəstə üzdəki atrofiyadan əziyyət çəkirdi. Kosmetik qüsurları düzəltmək üçün həkimlər qadına sol gözünü böyütmək üçün yüngül anesteziya altında yağ inyeksiyası etməyi təklif ediblər. Həkimlər prosedurdan əvvəl müayinəyə başlayanda gözlənilmədən göz və göz qapağının qovuşduğu yerdə beş kontakt linza tapıblar. Yumşaq linzalar heç bir aşkar simptom və ya narahatlıq yaratmadan illərdir orada idi. Xəstə daha sonra linzaları bir neçə dəfə itirdiyini etiraf edib, lakin onların sadəcə gözündən düşdüyünə inanıb. Linzalar təhlükəsiz şəkildə çıxarılıb və xəstə planlaşdırılmış prosedurdan keçib. Medianews.az 

Bizə qoşulun