18.02.2025, 13:13
114 baxış
Lamiyə
Məşhur reper Rusiyadakı konsertlərini ləğv etdi
Reper və "Pimp My Ride" şousunun keçmiş aparıcısı Xzibit Rusiyadakı konsertlərini təxirə salıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, sənətçi Rusiya şəhərlərinə səfərini qeyri-müəyyən müddətə təxirə salıb.
Yekaterinburqdakı proqramın təşkilatçıları bildirib ki, Xzibit konserti təxirə salınıb, hələ dəqiq tarixlər yoxdur.
Qeyd olunur ki, reperin saytından bütün afişalar, sosial şəbəkələrdəki yazılar və konsertlərlə bağlı məlumatlar yoxa çıxıb.
Məlumdur ki, reper Yekaterinburq, Sankt-Peterburq və Moskvada çıxış etməyi planlaşdırırdı. Əvvəlcə reperin Rusiyaya 2024-cü ildə gəlməsi nəzərdə tutulurdu. Pərəstişkarlarının sözlərinə görə, sənətçi prezident Co Baydenin başçılıq etdiyi Amerika hökumətinin təzyiqi səbəbindən planlarından əl çəkib.
Medianews.az
Paylaş: