Medianews.az
Saatlıda kanalda batan şəxsin <span style=color:red>meyiti tapılıb
137 baxış

Saatlıda kanalda batan şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Saatlı rayonunun Şirinbəyli kəndində kanaldan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə Medianews.az-a FHN-dən bildirilib. Qeyd olunub ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizə qoşulun