Medianews.az
“Səs Azərbaycan” bu tarixdə başlayır!
221 baxış

“Səs Azərbaycan” bu tarixdə başlayır!

Maraqla gözlənilən "Səs Azərbaycan" layihəsinin yayım tarixi müəyyənləşib. Medianews.az milli.az-a istinadla xəbər verir ki, proqram gələn ay təqdim olunacaq. Belə ki, 9 fevralda yarışmanın bu sezon üçün ilk bölümü yayımlanacaq. Layihə hər həftənin bazar günü 21:00-da efirə gedəcək. Qeyd edək ki, layihənin builki jüriləri Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Avroviziya qalibimiz Eldar Qasımov və müğənni-bəstəkar Murad Arifdir.

Bizə qoşulun