Medianews.az
Avtomobillərin sürət yarışı iki nəfərin <span style=color:red>ölümünə səbəb oldu
142 baxış

Avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb oldu

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Medianews.az "Report"a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb. Sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib. Sürücü Elşad Məmmədov, Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yarışda iştirak edən, 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı avtomobil də yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun