06.01.2025, 08:51
196 baxış
Lamiyə
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı 2 qadın terrorçunu zərərsizləşdirib
Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Hakurkda terror təşkilatı PKK/KCK üzvü "Mitra Mani" kod adlı Zeynep Aslan və "Ekin Dilda" kod adlı Zeliha Mahçupu zərərsizləşdirib.
Medianews.az “NTV”yə istinadən xəbər verir ki, MİT-ə qadınların Türkiyədə strateji hədəflərə qarşı hücumlar təşkil etmək üçün təlim keçdikləri barədə məlumat daxil olub.
MİT Türkiyəyə keçməyə hazırlaşan terrorçuları addım-addım təqib edərək Hakurkda təşkil etdikləri əməliyyatla Aslan və Mahçupu zərərsizləşdirib.
Bildirilib ki, iki terrorçu 2015-ci ildə terror təşkilatının kənd əməkdaşlarına qoşulub.