05.01.2025, 09:29
214 baxış
Azad
Azər Baxşəliyevin həyat yoldaşı: "Atam öləndə 2 yaşım var idi, indi qızım da atasız qaldı"
Böyrək çatışmazlığından əziyyət çəkən 39 yaşlı aktyor Azər Baxşəliyev bu gün dünyasını dəyişib.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, aktyoru son mənzilə yola salmaq üçün dostları, yaxınları və sənət yoldaşları yaşadığı binanın önünə toplaşıb.
Aktyorun həyat yoldaş Nigar Seyid deyib ki, "Heç vaxt xətrimə dəymədi. Can deyib can eşidirdik. Atam iki yaşımda vəfat etdi. Qorxurdum, qızım atasız qala. Özümə çəkirmişəm".