Medianews.az
2025-ci ilin ən maraqlı həyəcan filmləri -
91 baxış

2025-ci ilin ən maraqlı həyəcan filmləri - VİDEO

Bu il müxtəlif şəraitlərdə və hadisələr fonunda baş verən münaqişə və böhranlı vəziyyətlərə fokuslanan bir neçə serial nümayiş olundu. Məhz bu tip layihələri yeni seçimimizdə bir araya gətirmişik. Əgər siz də həyəcan janrına üstünlük verirsinizsə, burada özünüz üçün maraqlı nələrsə tapa bilərsiniz.

Lent.az 2025-ci ildə çəkilən ən maraqlı həyəcan filmlərini təqdim edir.

Last Samurai Standing

Serialın hadisələri XIX əsrin sonlarında, Yaponiyada islahatlar dövründə və samuray təbəqəsinin ləğv edildiyi bir zamanda cərəyan edir. Baş qəhrəman silahını yerə qoymaqdan imtina edən və yeni hakimiyyətə qarşı çıxan bir samuraydır.

Boots

Serial əsas hərbi hazırlıqdan keçən bir qrup çağırışçıdan bəhs edir. Hadisələr təlim mərkəzində və sahə məşqləri zamanı baş verir.

Süjetin mərkəzində mülki şəxslərin ordu qaydalarına uyğunlaşması, əmrlərin yerinə yetirilməsi və rekrutlar arasındakı daxili münaqişələr dayanır.

Black Rabbit

Böyük şəhərdə qeyri-qanuni biznesə cəlb olunmuş iki qardaş haqqında kriminal serial.

Cinayətkar qruplar arasında razılaşmaların pozulması vəziyyətin kəskinləşməsinə səbəb olur.

The Terminal List: Dark Wolf

Serial gizli hərbi əməliyyatlar mühitində cərəyan edir. Baş qəhrəman qeyri-rəsmi missiyalara cəlb olunan elit bölmənin döyüşçüsüdür.

Süjet əməliyyatlara hazırlıq, tapşırıqların icrası və bu proqramları idarə edən gizli strukturların ifşasını əhatə edir.

Hostage

Serialın süjeti yüksək vəzifəli bir şəxsin oğurlanması üzərində qurulub. Hadisələr danışıqlar, axtarış əməliyyatları və xüsusi xidmət orqanlarının fəaliyyəti ətrafında inkişaf edir.

Paralel olaraq oğruların, vasitəçilərin və vəziyyətin həllində iştirak edən hakimiyyət nümayəndələrinin addımları göstərilir.

Bizə qoşulun