Medianews.az
“Şeytan Tanqosu”nun yaradıcısı
140 baxış

“Şeytan Tanqosu”nun yaradıcısı VƏFAT ETDİ

“Şeytan Tanqosu” adlı yeddisaatlıq epik əsərin yaradıcısı və dünya kinosunda tanınmış sima, macarıstanlı rejissor və ssenarist Bela Tarr 70 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Barron’s" nəşri məlumat yayıb.

Macarıstan Kinematoqrafçılar Assosiasiyasından bildirilib ki, rejissor uzun və ağır xəstəlikdən sonra dünyasını dəyişib. Tarr qlobal şöhrətini qaranlıq, ağ-qara filmləri və uzun, fasiləsiz kadrları ilə qazanıb. Onun ən məşhur əsəri 1994-cü ildə Şərqi Avropada kommunizmin süqutunu əks etdirən yeddisaatlıq “Şeytan Tanqosu” filmidir.

Rejissor sağlığında bildirib ki, yaradıcılığına böyük təsir Anton Çexov, Alfred Hiçkok və Qas Van Sentin əsərləri göstərib.

Bizə qoşulun