Medianews.az
Quş qripi 20 böyük pişiyi<span style=color:red> ÖLDÜRDÜ
137 baxış

Quş qripi 20 böyük pişiyi ÖLDÜRDÜ

ABŞ-nin Vaşinqton ştatında heyvan sığınacağında son həftələrdə quş qripindən təsirlənən 20 böyük pişik ölüb. Medianews.az “TRT haber”ə istinadən xəbər verir ki, ölən heyvanlar arasında bir Benqal pələngi, dörd puma, beş Afrika serval pişiyi və iki Kanada vaşaqı da var. Sığınacağın direktoru Mark Metyus bildirib ki, heyvanlar noyabrın sonu və dekabrın ortaları arasında ölüb. O qeyd edib, əvvəllər heç vaxt belə bir hadisə ilə rastlaşmayıblar və adətən heyvanların ölümünə səbəb yaşlanmaları olurdu. Virusun yayılmasının qarşısını almaq üçün sığınacaq karantinə alınıb və ictimaiyyətə bağlanıb.

Bizə qoşulun