Medianews.az
"Sabah" "Şamaxı"ya <span style=color:red>uduzub
164 baxış

"Sabah" "Şamaxı"ya uduzub

"Sabah" Misli Premyer Liqasının XVIII turunda "Şamaxı"ya məğlub olub. "Report"un məlumatına görə, oyun Şamaxı şəhər stadionunda keçirilib. Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 3:1 Bölgə təmsilçisində 23-cü dəqiqəxə Edqar Adilxanov, 55-ci dəqiqədə Belajdi Pusi, 62-ci dəqiqədə Leroy Mikels fərqləniblər. Paytaxt klubunda Pavol Safranko 38-ci dəqiqədə adını tabloya yazdırıb. Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 26 xalı olan "bayquşlar" 5-ci sıradadır. Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bizə qoşulun