20.12.2024, 10:40
142 baxış
Lamiyə
Moskvada sərnişin qatarın altına düşdü - qulağı və sol biləyini itirdi
Rusiyanın paytaxtı Moskvada qatarın altına düşən sərnişinin qulağı və sol əl biləyi kəsilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub. Zərərçəkənə yardım edilir.
Hadisə ilə əlaqədar qatarların hərəkət intervalları müvəqqəti artırılsa da, hazırda hərəkət bərpa olunub.