Medianews.az
Mərkəzi Bank AÇIQLADI: Faiz bu qədər olacaq
67 baxış

Mərkəzi Bank AÇIQLADI: Faiz bu qədər olacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib. Medianews.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2025-ci ildə açıqlanacaq.  

Bizə qoşulun