Medianews.az
Bolqarıstanda növbədənkənar
49 baxış

Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir

Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb (Bakı vaxtı ilə 08:00 red.) və 20:00-dək (21:00) fəaliyyət göstərəcək.

Məlumata görə, seçici siyahılarına 6.5 milyondan çox vətəndaş daxil edilib. 240 yerlik parlamentdə mandat uğrunda 14 siyasi partiya və 10 koalisiyanın 4 786 namizədi mübarizə aparır.

Son sorğulara əsasən, parlamentə ən azı beş siyasi qüvvənin daxil olacağı gözlənilir, daha dörd blok isə 4%-lik səddi keçmək şansına malikdir.

Ekspertlər seçici fəallığının yüksək olacağını bildirir, təxminən 3.3 milyon nəfərin səsvermədə iştirak edəcəyi proqnozlaşdırılır.

Bizə qoşulun