Finlandiyada konsert zamanı dirijor təsadüfən solistin əlindən dəyəri bir milyon dollar olan nadir skripkanı yerə salıb.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, orkestrə britaniyalı dirijor Metyu Holls rəhbərlik edib.
Məlumata görə, skripka konserti ifa olunarkən dirijorun çubuğu skripkaçı Elina Vahyayanın əlinə dəyib və nəticədə alət səhnəyə düşüb.
Söhbət 1780-ci ildə Covanni Battista Qvadanini tərəfindən hazırlanmış skripkadan gedir.
Hadisədən sonra ifa qısa müddətə dayandırılıb, skripkaçının aləti qaldıraraq qısa sazlamasndan sonra çıxış davam etdirilib. Alətin ciddi zədələnmədiyi məlum olub.
Qeyd olunur ki, Elina Vahyala əvvəllər də bu skripka ilə bağlı oxşar hadisə yaşayıb - o, 2012-ci ildə aləti Almaniyada qatarda unudub, lakin skripka bir saat ərzində geri qaytarılıb.