10.12.2024, 13:05
158 baxış
Lamiyə
Portağal yeyən qızın ürəyi DAYANDI
Rusiyanın Kalininqrad şəhərində həkimlər portağal yedikdən sonra ürəyi dayanan qızı xilas edə biliblər.
Medianews.az “Daily”ə istinadən xəbər verir ki, hadisə dekabrın 6-da baş verib.
Səkkiz yaşlı qız gün ərzində portağal yeyib və bir saat sonra özünü pis hiss edib. Birdən onda, hırıltı, öskürək və boğulma başlayıb.
Ana təcili yardım çağırdıqdan sonra, həkimlər qızına qida allergiyası və anafilaktik şok diaqnozu qoyublar. Xəstənin qıcolmaları və ağciyər ödemi olduğuu üçün, həkimlər onu xəstəxanaya aparmağa çatdıra bilmirdirlər. Bir anda uşaq göyərib və həyat əlamətləri göstərilməyib.
Həkimlər tərəfindən həyata keçirilən bir sıra müdaxilələrdən sonra 8 yaşlı qızın vəziyyəti stabilləşə bilib.
Bundan sonra uşaq xəstəxanaya yerləşdirilib.