Medianews.az
Rusiyada uşaq məktəbin damından<span style=color:red> YIXILDI
113 baxış

Rusiyada uşaq məktəbin damından YIXILDI

Rusiyada Petropavlovsk-Kamçatskidə birinci sinif şagirdi məktəbin damından yıxılıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə məktəbdənkənar proqramda gəzinti zamanı baş verib. Müəllimin fikrini başqa uşaqlar yayındırarkən, altı yaşlı uşaq məktəbin ərazisindəki yardımçı otağın damına çıxaraq hündürlükdən yıxılıb. Şagird xəstəxanaya aparılıb. Həkimlər onun başına tikiş atıblar və həmçinin biləyin sınığı diaqnozu qoyublar. Birinci sinif şagirdinin anası prokurorluqla əlaqə saxlayıb və məktəbdən dəymiş mənəvi ziyanın ödənilməsini istəyib. Nəticədə müəssisə 50 min rubl, valideynlərə isə 180 min rubl məbləğində təzminat ödənilib.  

Bizə qoşulun