Medianews.az
Çempionlar Liqasının final oyunu <span style=color:red>BAKIDA KEÇİRİLƏCƏK? - AÇIQLAMA + FOTO
205 baxış

Çempionlar Liqasının final oyunu BAKIDA KEÇİRİLƏCƏK? - AÇIQLAMA + FOTO

"Milan"ın geri çəkilməsindən sonra 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün Azərbaycan və İspaniya mübarizə aparır. Çərşənbə günü UEFA tərəfindən iki maraqlı iddiaçı kimi adı çəkildikdən sonra oyun Bakı Olimpiya Stadionunda və ya Madriddəki Metropolitano Stadionunda keçiriləcək. Onların yekun təklifləri martın 19-una kimi çatdırılmalı, UEFA may ayında keçirilməsi planlaşdırılan finala kimin ev sahibliyi edəcəyi ilə bağlı qərar verməlidir. Maraqlıdır, Azərbaycanın Futbol üzrə Çempionlar Liqasının finalına ev sahibliyi etmək şansı hansı səviyyədədir? Əgər final oyununun Bakıda keçirilməsi barədə qərar qəbul edilərsə, bunu yüksək səviyyədə təşkil etmək imkanlarımız varmı? Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Natiq Muxtarlı bildirib ki, 2027-ci ildə Çempionlar Liqasına ev sahibliyini İspaniya edəcək. O, öz ehtimalını bu cür əsaslandırıb: “İspaniya dəfələrcə bu tipli oyunlara ev sahibliyi edib, üstəlik, böyük ölkələrə həmişə güzəşt olunur. Yəni, Azərbaycan kimi kiçik ölkələr onlarla mübarizə aparanda UEFA üstünlüyü həmişə onlara verir. Digər tərəfdən, Madriddə infrastruktur, hotellər var. Bakıda isə böyük oyunların keçirilməsində problem yaranır. Başqa bir mühüm məqam Bakının nəqliyyat sisteminin iflic vəziyyətində olmasıdır. Bunu və Bakıda tıxacların olmasını bütün dünya bilir. Bütün bunlar da bir meyardır". N.Muxtarlı vaxtilə Bakıda Avropa Liqasının finalının keçirilməsinə diqqət çəkərək vurğulayıb ki, Çempionlar Liqası daha nəhəng turnirdir və hələlik paytaxt şəhərimiz bu idman yarışının finalına ev sahibliyi etməyə hazır deyil: “Çempionlar Liqasının finalı ilə Avropa Liqası eyni səviyyəli turnir deyil. Bakı bir dəfə Avropa Liqasının finalını keçirib. Lakin Çempionlar Liqası daha nəhəng turnirdir. Bu turnirə tamaşaçı marağı həddən artıq çox olur. Təsəvvür edin ki, bu turnirdə Azərbaycana 50 min tamaşaçı gələ bilər. Biz o tamaşaçıları iki günə qəbul edib yerləşdirməliyik. Bunun üçün hotellər lazımdır. Təkcə beş ulduzlu deyil, iki, üç, dörd ulduzlu hotellər də lazımdır. Çünki azarkeşlər getdiyi ölkədəki qiymətlərdən  həmişə şikayətlənirlər. Təbii ki, Azərbaycanda belə aşağı ulduzlu hotellər yoxdur". İdman şərhçisi xüsusi olaraq vurğulayıb ki, Çempionlar Liqasının finalı kimi nəhəng turnirin Bakıda keçirilməsini əngəlləyən başlıca problem nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasıdır: “Mən düşünmürəm ki, Çempionlar Liqasının final oyununa ev sahibliyini Bakıya versinlər. Bu turnirin Azərbaycan paytaxtında keçirilməsi üçün şəhərin infrastrukturunda xeyli dəyişikliklər olmalıdır". LAMİYƏ

Bizə qoşulun