Medianews.az
Təcili yardım çağırmaq üçün <span style=color:red>İNNOVATİV İMKANLAR - FOTO
58 baxış

Təcili yardım çağırmaq üçün İNNOVATİV İMKANLAR - FOTO

“Təcili tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atılır. Tətbiq ediləcək yeniliklərin Mərkəzin bütün əsas fəaliyyət istiqamətlərini əhatələməsi planlaşdırılır. Burada əsas məqsəd tətbiq ediləcək yeniliklər vasitəsilə operativ fəaliyyətin təşkil edilməsi və eyni zamanda göstərilən xidmətin keyfiyyətinin maksimuma çatdırılmasıdır”. Medianews.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarə edilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib. O qeyd edib ki, nəzərdə tutulan fəaliyyət planına əsasən təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi, 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçiriləcək. V.Ramazanovun sözlərinə görə, nəzərdə tutulan yeniliklərə əsasən vətəndaşlar tərəfindən çağırışların müxtəlif üsullarla həyata keçirilməsi ilə bağlı innovativ imkanlar yaradılacaq: “Vətəndaşlar “E-tabib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı, həmçinin xəstənin vəziyyətini, ərazini və sairə məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya video görüntülü mesajlar göndərə biləcəklər. Həmçinin vətəndaşlarla daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır. Xəstələrlə bağlı ümumi məlumatların, eyni zamanda xəstəlik tarixçələrinin həmin an əlçatan olması üçün əlaqəli elektron sistemlərlə inteqrasiyaların həyata keçirilməsi də nəzərdə tutulub. Planlaşdırılan yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı imkanların yaradılması da var. Nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya zamanı atılan addımlarla bağlı da elektron imkanlar yaradılacaq. Həm 103 Çağrı Mərkəzi, həm də çağırış briqadaları üçün tibb müəssisələrində çarpayı fonduna dair məlumatlara əlçatanlıq avtomatik şəkildə təmin olunacaq”. Maral ŞAHVERDİLİ

Bizə qoşulun