Medianews.az
“Pul ustaları”nın yeni planı üzə çıxdı: Yeni pul sistemləri...
173 baxış

“Pul ustaları”nın yeni planı üzə çıxdı: Yeni pul sistemləri...

Qlobal maliyyə elitası əhalinin əmanətlərini tamamilə əlindən almaq planını həyata keçirməyi planlaşdırır. Medianews.az  xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Valentin Katasonov deyib. Onun sözlərinə görə, “qızıl milyard”ın elitası onun emissiyasını həyata keçirən milli dövlətlərin zəmanət verdiyi adi fiat pulları rəqəmsal həmkarı ilə əvəz etmək niyyətindədir. “Vəziyyət XX əsrin əvvəllərində Federal Ehtiyat Sisteminin yaradılmasını çox xatırladacaq. Bununla belə, rəqəmsallaşma alətlərinin inkişafını nəzərə alaraq, yeni pul sistemi daha da dar seçilmiş “demiurqlar” qrupu tərəfindən idarə olunacaq. Əllərində yeni rəqəmsal pul buraxmaq üçün pult olacaq bir qrup bankir əslində bütün dünyaya sahib olacaq, çünki yalnız onlar istənilən aktivlər üçün ödəniş vasitəsi yarada biləcəklər. Eyni zamanda, bütün köhnə pullar tez bir zamanda dövriyyədən çıxarılacaq. Rəqəmsal pulun yaranması uzun illər istənilən maddəni qızıla çevirməyə qadir olan fəlsəfə daşı yaratmaq üçün mübarizə aparan kimyagərlərin çoxdankı arzusunu həyata keçirəcək. “Pul ustaları” bu nağılı günümüzün reallığına çevirmək istəyir”,- deyə o fikrini yekunlaşdırıb. Ayşən  

Bizə qoşulun