Moskvanın mərkəzinin 64 yaşlı sakini boruların altından qıvrılmış vəziyyətdə yatmış piton ilanını tapıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə bu gün, 5 iyun səhər saatlarında baş verib.
Sakin qeyri-adi tapıntı barədə təcili yardım xidmətinə məlumat verib.
Xilasedicilər tezliklə ünvana gəliblər. Onlar xüsusi cihazlardan istifadə edərək pitonu tutub qutuya yerləşdiriblər.
Məlum olub ki, bir qadın bir gün əvvəl ilanın qaldığı terrarium açıb və Sem adlı ilanı oradan qaçıb. Lakin, qadın bu bunu görməyib. İlanın sahibəsi birinci mərtəbəsinin pəncərəsindən qaçan ilanını ona verilməsini istəyib. Xilasedicilər heyvanı sahibinə qaytarıb və izahat söhbəti aparıblar.
Pitonlar zəhərli olmayan ilanlar ailəsidir. Hal-hazırda 9 cins və 41 növ var. Sürünənlərin ölçüləri 1,5 metrdən 5-10 metrə qədərdir.
Medianews.az