SKANDAL: Ata zorla 13 yaşlı qızını nişanladı - VİDEO
Türkiyənin Konyada şəhərinin atas; 8-ci sinif şagirdini zorla özündən 15 yaş böyük kişi ilə nişanlayıb
Medianews.az xəbər verir ki, sözügedən hadisə Konyanın Beyşehir rayonunda baş verib.
Evdə ailə arasında baş tutan nişan mərasiminin görüntüləri sosial mediada paylaşılıb. Görüntülər sosial mediada yayıldıqdan sonra jandarma və Ailə və Sosial Xidmətlər Müdirliyi hərəkətə keçib.
Verilən məlumata görə, həyat yoldaşından ayrı yaşayan Osman adlı 13 yaşlı qızı C.S.-ni eyni məhəllədə yaşayan və qızından 15 yaş böyük 28 yaşlı G. Ali ilə nişanlayıb.
İstintaq çərçivəsində jandarma C.S. adlı qızın nişanlandığı G. Ali və ailə üzvlərinin ifadələrini alıb. Hazırda araşdırmalar dacam edir.
Medianews.az