Medianews.az
Qrip ata uşaqlarına yemək bişirmək istədi - BƏDƏLİ AĞIR OLDU
40 baxış

Qrip ata uşaqlarına yemək bişirmək istədi - BƏDƏLİ AĞIR OLDU

3 uşaq atası yemək hazırlamaq üçün sobanı yandırarkən baş verən partlayış nəticəsində ağır yaralanıb.  Medianews.az  xəbər verir ki, hadisə Türkiyənin Iğdır bölgəsində baş verib. Məlumata görə, həmin şəxs qrip olduğu üçün qaz sızmasını fərq edə bilməyib. Hadisə nəticəsində ağır yaralanan şəxsin əlləri, üzü və başından 3-cü dərəcəli dərin yanıq xəsarətləri aldığı bildirilib. 3 uşaq atası Orhan Deniz olaydan sonra bu sözləri deyib: "Həyətdə olan zirzəmidəki boruda qaz sızması olub. O an qrip olduğum üçün qoxu almaqda çətinlik çəkirdim. Alışqanı yandırmağımla ev yerlə-bir oldu". Grip hastası gaz kaçağını fark edemedi, yüzü ve elleri yandı Medianews.az 

Bizə qoşulun