Bakıda 29 ildir narkotik istifadəçisi olan Kəmalə adlı xanımın acınacaqlı halı görənləri heyrətə gətirir.
BAKU.WS xəbər verir ki, bloger Nail Kəmərlinin yutub kanalına danışan və gənc yaşlarından narkotik aludəçisi olan 49 yaşlı qadın hər gün 30-50 manat xərclədiyini etiraf edib.
Düşdüyü vəziyyətdən peşman olan və sağalmaq istəyini dilə gətirən Kəmalə ən çox qızına görə bu halından utandığını bildirib.
O narkotikə rəfiqələrinin təklifi ilə başladığı deyib və bu yolun sonunun ölüm olduğunu etiraf edib.