Türkiyədə ağlasığmaz dələduzluq hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, Zeki Bayancuk və nəvəsi Melisa Şeremet fırıldaqçıların hədəfinə tuş gəlib.
Diyarbəkirdə bir şirkətdə sürücü olaraq dolanışığını təmin edən və bir müddətdir nəvəsi ilə yaşayan Zeki Bayancuk adlı şəxsə 2 gün əvvəl saat 10:40 radələrində zəng gəlib. Ona bildirilib ki, sizə verilən şəxsiyyət vəsiqəsi Qaçaq FETÖ-çü adlandırılan ‘Ali Vural’ın adına və saxtadır.
Dələduzlar həmçinin, şəxsiyyət vəsiqəsinin axtarışa verildiyini, bu səbəbdən məlumatlarının və zinət əşyalarının təhlükədə olduğunu bildiriblər. Onlar Bayancukdan evdəki qızılları götürüb tənha bir yerə qoymasını istəyiblər . Beləliklə, Zeki Bayancuk və nəvəsi ümumilikdə 650 min lirə, 78 min lirə dəyərində qızıl-zinət əşyalarından olublar.
Hazırda polis həmin fırıldaqçıları axtarır.