Medianews.az
12 avtomobil toqquşdu: Ölən və yaralananlar var
16 baxış

12 avtomobil toqquşdu: Ölən və yaralananlar var

 Türkiyənin Adana şəhərində dəhşətli ağır  yol - nəqliyyat hadisəsi baş verib.

Medianews.az türk mediasına istinadla bildirir ki, 2-si polis maşını olmaqla 12 avtomobil toqquşub.

Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

 Yaralılar təcili  tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəza səbəbindən magistralın Ankara istiqaməti bir müddət bağlanıb.

Faktla bağlı araşdırma gedir. Medianews.az  

Bizə qoşulun