Dünyada ən çox ödənişli məzuniyyət günləri verən ölkələr açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Resume.io” portalı araşdırma aparıb.
Qeyd olunub ki, işçilərin qanuni olaraq ildə 30 gün ödənişli məzuniyyət hüququna malik olduğu 22 ölkə müəyyən edilib. Onların yarısı Afrikadadır.
ABŞ isə əksinə, federal qanunla məcburi ödənişli məzuniyyətə malik olmayan yeganə inkişaf etmiş ölkədir.
Məlumata görə, İran ildə ümumi məzuniyyət günlərinin sayına görə dünyada birinci yerdədir. Avropa ölkələrindən isə yalnız San Marino, Andorra və Monako ilk iyirmiliyə daxil edilib.
Ekspertlərin fikrincə, məzuniyyət günlərinin sayına görə lider ölkələrin əksəriyyəti Asiya və Yaxın Şərqdə yerləşir.
İlk 10-luğa daxil olan ölkələr: İran (27), Banqladeş (24), Azərbaycan (21), Kamboca (21), San Marino (20), Myanma (20), Qazaxıstan (19), Qayana (19), İraq (18) , Kolumbiya (18).