Medianews.az
Azərbaycana gələn məşhur model Bakıda edə bilməyəcəklərindən danışdı - FOTO
41 baxış

Azərbaycana gələn məşhur model Bakıda edə bilməyəcəklərindən danışdı - FOTO

“Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür”. “Report”un məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib. Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib: “Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm”. Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran-Prilərdə dəfələrlə yer alıb: “Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm. Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır gəlmişəm”. Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.

Bizə qoşulun