Medianews.az
Məşhur müğənni  vəfat etdi
40 baxış

Məşhur müğənni vəfat etdi

Amerikalı məşhur müğənni, aktyor, bəstəkar və aktivist Harri Belafonte 96 yaşında vəfat edib.
Medianews.az  xarici KİV-ə istinadən xəbər verir ki, o ürək çatışmazlığından dünyasını dəyişib.
Məşhur müğənni 1956-cı ildə buraxdığı “Calypso” adlı albomu ilə adını tarixə yazdırıb.
Müğənni ötən əsrin 50-ci illəri üçün Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriyaya çıxaran əsas şəxs hesab olunur.
Qeyd edək ki, o  bir neçə filmdə, o cümlədən “Carmen Jones” (1954), “Island in Sun”(1957) və “Odds Against Tomorrow” kimi (1959) filmlərdə rol alıb.
Harri Belafonte 3 dəfə "Qremmi" mükafatını da qazanıb.
Medianews.az

Bizə qoşulun