Bazar ertəsi, 29 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Avtomobil almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! – mayın 15-dən sonra…

TURAN
24/04/2023 22:39
129
BAXIŞ
FacebookTwitterTelegram

“Yaşı 10 ildən çox olan maşınların ölkəyə idxalına məhdudiyyətlərin qoyulmasından sonra avtomobil bazarında aktivlik artıb. Həmin qərara qədər yararsız avtomobillərin sayı günü-gündən artırdı. Ölkəyə ardı kəsilmədən metallom daxil olurdu. Düşünürəm ki, elə maşınlar ölkəyə daxil olmamalıdır. Bu qərardan sonra avtomobil parkı bir növ özünü təbii yolla yeniləyəcək”.

Bu fikirləri Musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanın avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var:

“Əsasən mövsümi dövrlərdə bazar aktivləşir. Bu da payızın, yayın əvvəli olur. Adətən aktivlik mayın 15-dən sonra olur. Biz hazırda da bazarda aktivlik görürük. Bunu avtomobil alqı-satqısı ilə məşğul olan sahibkarların, həmçinin fərdi qaydada şəxslərin öz maşınlarını daha yüksək qiymətə sata biləcəklərini düşünmələri ilə əlaqələndirmək olar. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki bazar aktivdir və bir neçə nəfərin istəyi ilə qiymətlərin kəskin qalxması və yaxud enməsi mümkün deyil. Avtomobil bazarı özü qiymətləri tənzimləyir. Mayın 15-dən sonra köhnə avtomobillərin qiyməti 3-5% arta bilər.

Ötən həftə ərzində dünyanın iri avtomobil istehsalçıları anons verdilər ki, maşınların qiyməti 3% civarında yüksəlir. İstehsalçılar bunu ehtiyat hissələrinin qiymətinin bahalaşması, daşınma xidmətlərinin qiymətinin yüksəlməsi və müəyyən cihazların defisiti ilə əlaqələndirirlər. Avtomobil sənayeçiləri hazırda yarımkeçiricilərin defisitini yaşayırlar. Bununla bağlı qiymət yüksəlişi var. Bu, Azərbaycan iqtisadiyyatı ilə bağlı deyil”.

Ekspert qeyd edib ki, həm yeni, həm də köhnə avtomobillərin qiymətinin 3% civarında yüksəlməsi qiymətin daha da yüksəlməsinə təkan verə bilər:

“Çünki burada balans yaranmır. Belə olan halda ikinci əl avtomobil bazarında qiymətin bir qədər də yüksələ biləcəyini deyə bilərik. Avtomobil almaq istəyənlərə tövsiyəmiz ondan ibarətdir ki, imkan varsa, yeni maşın alsınlar. Elə avtomobil almaq lazımdır ki, onun markasının Azərbaycanda rəsmi servisi olsun, təmir problemi çıxanda dilerə müraciət edə bilsinlər.

Avtomobil artıq əvvəlki qədər dəbdəbə deyil, bir nəqliyyat vasitəsi kimi qəbul olunur. Sevindirici haldır ki, vətəndaşlar ekoloji təmiz nəqliyyat vasitələrinə də üstünlük verirlər. Hibrid avtomobillər bu gün Azərbaycanda çox populyardır. Elektromobillər də getdikcə populyarlaşır. Bakıda da elektrobuslar fəaliyyətə başlayacaq. Bu da bir növ Azərbaycanda avtomobil seqmentinin elektrikləşdirilməsinə təkan verəcək. Biz görürük ki, sahibkarlar elektrikdoldurma məntəqələrinin Azərbaycan üzrə quraşdırılmasında maraqlıdırlar. Əgər ötən ilin sonuna qədər 40-a yaxın elektrikdoldurma məntəqəsi var idisə, bu il bu rəqəm 100-ə yaxın olacaq”.

DAHA ÇOX OXU

1-MANŞET

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16
1-MANŞET

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06
Dünya

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25
1-MANŞET

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07
Flash

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00
export

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55
SON XƏBƏR

Azərbaycanda film kimi oğurluq: Qadın Ağcəbədidən Gəncəyə qədər...

Şamaxı-İsmayıllı yolunda DƏHŞƏTLİ QƏZA: 4 avtomobil toqquşdu, biri dərəyə düşdü - VİDEO

Azərbaycanda bu şəxslər maaşdan əlavə 600 manat alacaqlar (VİDEO)

Xəbər lenti

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05

“İstəmirəm qızım məşhur olsun”

29/05/2023 21:03

Manekenin üzərindəki paltarı oğurlayan şəxs kameralara yaxalandı – VİDEO

29/05/2023 20:13

Türkiyədə baş verən dəhşətli zəlzələnin YENİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı – VİDEO

29/05/2023 20:05

Düşmənçilik etdiyi şəxsi küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

29/05/2023 19:50

Gənc müəllimə olan sevgilisini öldürdü, özü isə intihar etdi – TƏFƏRRÜAT

29/05/2023 19:37

SON DƏQİQƏ: Elxan Qasımov vəfat etdi

29/05/2023 19:26

16 yaşlı sevgilisini dəfələrlə bıçaqladı, başını daşla əzdi – DƏHŞƏTLİ QƏTL

29/05/2023 19:25

DƏHŞƏT: Köpək balığı qayıqçını parçaladı

29/05/2023 19:12

Ukraynadan İranla bağlı 50 illik sanksiya qərarı

29/05/2023 18:58

Sərvər Ərdoğanın seçilməsi münasibətilə qurban kəsdi — FOTO

29/05/2023 18:38

Avtobusa minən bu şəxslər PUL ALACAQLAR — VİDEO

29/05/2023 18:18

Bakıda qan donduran OLAY: Oğul atasını döydü, qardaşı isə lentə aldı — VİDEO

29/05/2023 17:48

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

29/05/2023 17:28

Altı erməni hərbçi ilə əlaqə kəsildi — Sərhəddə nə baş verir?

29/05/2023 17:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.