İspaniyanın paytaxtı Madriddə bir restoranda ofisiant alovlu yemək təqdim etmək istəyərkən divar və tavandakı bitkilərin yanması nəticəsində baş verən yanğında 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Medianews.az bildirir ki, İspaniyanın paytaxtı Madriddə bir italyan restoranı dünən axşam saatlarında fəlakətin şahidi olub. Restoranda ofisiantlar “flambeing” kimi tanınan fransız texnikasını təqdim edərkən tavanı və divarı bəzəyən bitkilərin alışması nəticəsində yanğın baş verib.
Əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib. Səlahiyyətlilərin verdiyi açıqlamada yanğında 2 nəfərin öldüyü, 6-sı ağır olmaqla 10 nəfərin yaralandığı bildirilib.
Madrid Yanğınsöndürmə İdarəsinin rəisi Karlos Marin, “İnsanlar yanğınsöndürmə məntəqəsinə qaçaraq gəldilər. Yanğınsöndürənlərin yarısı qaçaraq, digər yarısı isə maşınlarla getdiyi üçün xilas etmək üçün müddətimiz çox oldu” deyib.