“Backstreet boys” qrupunun solisti Nik Karter yenidən təcavüzdə ittiham olunub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Dream” qrupunun keçmiş üzvü Melissa Şumann istəyi olmadan müğənni ilə münasibətdə olduğunu bildirib.
Jurnalistlərinin əlinə keçən sənədlərdə Nikin Şumanı cinsi əlaqəyə məcbur etdiyi qeyd olunub.
İddianın ilk dəfə 5 ildən çoxdur qaldırldığı bildirilsə də, prokurorluq cinayət işi başlamaqdan imtina etmişdi. Buna səbəb isə iddia müddətinin bitməsi göstərilmişdi.
Qeyd edək ki, Karter bu ilin fevralında Melissa Şumann və Şennon Ruta qarşı əks iddia qaldırmışdı. Musiqiçi onlar tərəfindən qəsb və böhtanların qurbanı olduğunu iddia etmişdi.