Adnan Oktarın 8658 illik həbs cəzası qüvvədə saxlanılıb.
Adnan Oktar və 8 min 658 il həbs cəzası alan 14 nəfəri İstanbul Regional Ədliyyə Məhkəməsinin 1-ci Cəza Kollegiyası qüvvədə saxlayıb.
Medianews.az xəbər verir ki, İstanbul 30-cu Ağır Cəza Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarı ilə təşkilat lideri Adnan Oktar törətdiyi cinayətlərə görə 8658 il müddətinə azadlıqdan məhrum edilib.
İstanbul 30-cu Ağır Cəza Məhkəməsinin qərarı İstanbul Regional Ədliyyə Məhkəməsinin 1-ci Cəza Kollegiyasında araşdırılıb. Cinayət Palatası 215 müttəhim barəsində hökm çıxarıb, onlardan 73-ü həbs edilib. 126 zərərçəkmişin olduğu hadisədə təşkilat lideri Adnan Oktar və Alev Babuna, Tarkan Yavaş, Ayşegül Hüma Babuna, Ülviyyə Didem Ürer kimi 14 təşkilat liderinin ümumilikdə 8658 il həbs cəzası ilə bağlı apelyasiya şikayətinin rədd edilməsinə qərar verilib. Digər təşkilat üzvlərinə verilən müxtəlif dərəcələrdəki həbs cəzası, hökmü qüvvədə saxlanılıb. Qərarda Ali Məhkəməyə yolun açıq olduğu bildirilib.