Medianews.az
Aylar sonra püskürən vulkan insanları qorxuya saldı
37 baxış

Aylar sonra püskürən vulkan insanları qorxuya saldı

Rusiyanın Kamçatka bölgəsində ən aktiv vulkan kimi tanınan Şiveluç vulkanı təxminən 6 ay sonra yenidən aktivləşib.  Medianews.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasından  verilən açıqlamaya görə, vulkan püskürdükdən  sonra yaranan kül 15-20 kilometr yüksəkliyə qalxıb. Qısa müddətdə yayılan kül vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini əhatə edib. Vulkanın ətrafında heç bir təhlükə olmasa da, bölgəyə yayılan küllər insanların həyəcanına səbəb olub.  Bölgə rəhbərliyi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığını açıqlayıb. Məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.  Medianews.az

Bizə qoşulun