78 yaşlı qadın bankdan oğurluq edib.
Medianews.az xəbər verir ki, hadisə ABŞ-ın Missouri ştatında baş verib.
Məlumata görə, yaşlı qadın “Goppert Financial Bank”-a girərək kassaya “Mənə 13.000 kiçik əskinas lazımdır” yazılmış bir qeyd verib.
Prokurorlar təhlükəsizlik kamerası görüntülərində Goochun əlini masaya vuraraq, pulun daha tez çatdırılmasını tələb etdiyini təsbit ediblər.
Qadın nağd pulla bankı tərk etməzdən əvvəl “Təşəkkür edirəm, üzr istəyirəm, sizi qorxutmaq istəmədim” sözlərinin yazılı olduğu ikinci bir qeyd verib.
Missouri Polis Departamentinin əməkdaşları, yerli vaxtla saat 15:20 radələrində davam edən soyğunçuluq çağırışlarına cavab verdiklərini, Gooch’un avtomobilindən güclü spirt qoxusu gəldiyini bildiriblər.
Xanım Gooch cinayət məsuliyyətinə cəlb olunub və maliyyə orqanından oğurluq və ya oğurluğa cəhd etməklə ittiham olunub.
Hazırda həbsxanada olan qadın 25 000 dollar təzminatla şərtli təxliyə edilə bilər.
Yaşlı qadının hər hansı xəstəliyinin olmadığı açıqlanıb.
Qeyd edək ki, təqsirləndirilən qadın daha əvvəl 2 dəfə, 1977 və 2020-ci illərdə eyni səbəbdən həbs edilib.
Fərid Abbas
Medianews.az